Baş nazirin görüşdüyü əsgər də şəhid oldu

bas-nazirin-gorusduyu-esger-de-sehid-oldu
Oxunma sayı: 1893

Xəbər verdiyimiz kimi, bu gün Türkiyə Ordusunun Suriyanın şimalında İŞİD-ə qarşı keçirdiyi "Fərat Qalxanı” əməliyyatında iştirak edən 5 əsgəri şəhid olub.

"Qafqazinfo" xəbər verir ki, həmin şəhidlərdən biri Türkiyənin Baş naziri Binəli Yıldırımın yeni il gecəsi görüşdüyü hərbçi Selim Topaldır. O, dekabrın 31-i baş nazirlə axşam yeməyi yeyən əsgərlər arasında olub.

Xəbəri eşidən baş nazir şəhidin atası Saleh Topala zəng vurub.