Baş nazirdən qonaqlara qeyri-adi - Hədiyyələr

bas-nazirden-qonaqlara-qeyri-adi-
Oxunma sayı: 1947

Bu gün Yaponiyada “Böyük yeddilik” ölkələrinin (ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Kanada və Yaponiya) sammiti öz işinə başlayıb.

Qafqazinfo”nun Rusiya KİV-nə istinadən məlumatına görə, liderlər sammitdə Yaponiya mətbəxi ilə də tanış olublar və fərqli hədiyyələr əldə ediblər.

Belə ki, Yaponiyanın baş naziri Sindzo Abe sammit iştirakçılarına ölkənin müxtəlif rayonlarında istehsal olunmuş sake (yapon içkisi) üçün qədəhlər, diyircəkli qələmlər, bədii saxsılar hədiyyə edib. Liderlər həmçinin, “Böyük yeddiliy”i simvolizə edən, incilərlə bəzədilmiş zərgərlik məmulatı olan broş alıblar.

Qeyd edək ki, liderlər G7 dəyərlərindən, həmrəylikdən və qlobal iqtisdiyyatdan danışıblar. Beş sessiyada müzakirə ediləcək mövzular sırasında qlobal iqtisadiyyatın inkişafına dəstək, terrorizm ilə mübarizə, qaçqınlarla bağlı vəziyyət və iqlim dəyişikliyi də yer alıb.