Tailandın baş naziri və hərbi hökumətin rəhbəri general Prayut Çan Oça mahnı yazıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, baş nazir mahnını şəxsi Youtube kanalında paylaşıb.
“Ümid və inam adlanan mahnı Tailand xalqının çətin günlərdə mənəvi ruhunu qorumasına həsr olunub.
Qeyd edək ki, general Çan Oçanın hökuməti 2014-cü ilin mayında dövlət çevrilişindən sonra hakimiyyətə gəlib.