Baş nazir iftar süfrəsi açdı - İşıqlar söndü

bas-nazir-iftar-sufresi-acdi-
Oxunma sayı: 2878

Gürcüstanın baş naziri Georgi Kvirikaşvili iyunun 29-da bu ölkədə yaşayan müsəlmanlar üçün iftar süfrəsi təşkil edib. Tədbirin keçirildiyi restoranın işıqları gözlənilmədən söndürülüb və tədbir qaranlıqda davam edib.

QafqazinfoReport-a istinadən xəbər verir ki, Georgi Kvirikaşvili Türkiyədə törədilən qanlı terror hadisəsi ilə əlaqədar Gürcüstan xalqı və hökuməti adından türk xalqına başsağlığı verib, bu terror hadisəni bütünlükdə insanlığa qarşı qatı cinayət adlandırıb. Baş nazir Gürcüstanın terroru lənətlədiyini, belə bir ağır gündə Türkiyənin yanında olduğunu bildirib.

O, daha sonra müqəddəs Ramazan bayramının əhəmiyyətindən danışıb, İslamın sülh, əmin-amanlıq və bərabərlik dini olduğunu bildirib.

Tədbirdə Gürcüstan Müsəlmanları İdarəsi, Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyinin rəhbərləri, Azərbaycan, Türkiyə, Türkmənistanın bu ölkədəki səfirləri, diplomatik korpusun təmsilçiləri iştirak ediblər.

Qeyd edək ki, restoranın yerləşdiyi ərazidəki digər ictimai-iaşə obyektlərində, insanların əylənib istirahət etdikləri ərazidə işıqlar yansa da, uzun müddət restorana elektrik enerjisi verilməyib və tədbir qaranlıqda davam edib.