Bağdadda terror aktı - 6 ölü, 20 yaralı

bagdadda-terror-akti
Oxunma sayı: 651

İraqın paytaxtı Bağdad şəhərində kamikadzenin özünü partlatması nəticəsində ən azı 6 nəfər həyatını itirib.

QafqazinfoReport-a istinadən xəbər verir ki, bu barədə "Sky News Arabia" telekanalı məlumat yayıb.
Məlumata görə, insident nəticəsində təqribən 20 nəfər yaralanıb. Hücum Bağdadın Əl-İskan rayonunda baş verib.

İnsidentin təfərrüatları hələ ki, açıqlanmır.