Bağdadda güclü partlayış - Ölən və yaralananlar var

bagdadda-guclu-partlayis
Oxunma sayı: 1108

Bağdad şəhərində güclü partlayış var verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Мədinət-Əs-Sədr yaxınlığında baş verən partlayış azı 16 nəfərin ölümünə səbəb olub, 40 nəfər yaralanıb. Məlumata görə, partlayış səhər saatlarında sakinlərin sıx toplaşdığı yerli bazarda baş verib.

Partlayışa görə məsuliyyəti hələlik heç bir təşkilat öz üzərinə götürməyib.

Aysel Kərimova