Azərbaycanlı sex rəisi faciəvi şəkildə öldü - Rusiyada

azerbaycanli-sex-reisi-facievi-sekilde-oldu
Oxunma sayı: 7410

Rusiyanın Sankt-Peterburq şəhərində mebel fabriklərindən birində bədbəxt hadisə baş verib.

Qafqazinfo”nun “Life.ru”ya istinadən verdiyi məlumata görə, Liflyandski küçəsi, 3 ünvanında yerləşən fabrikin rəngsaz sexinin rəisi taxta lövhələrinin altında qalaraq can verib.

Ölən şəxsi 57 yaşlı azərbaycanlı olduğu məlum olub.

Onun meyiti mebel materialları istehsalı üzrə müəssisədə tapılıb.

İlkin məlumatlara görə, o, döş qəfəsindən aldığı zədə nəticəsində dünyasını dəyişib.

Hadisə yerində müstəntiqlər işləyir.