Azərbaycanlı məmur işdən çıxarıldı - 70 milyon dollar mənimsəmə

azerbaycanli-memur-isden-cixarildi
Oxunma sayı: 8664

Ötən gün saxlanılan və korrupsiyada ittiham olunan Ukrayna Dövlət Fiskal Xidmətinin (DFX) sədri, azərbaycanlı Roman Nəsirov vəzifəsindən çıxarılıb.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, vəkilinin sözlərinə görə, Milli Antikorrupsiya Bürosu məmuru vəzifə səlahiyyətlərindən sui-istifadə etmək və 70 milyon dollar dövlət əmlakını mənimsəməkdə ittiham edir.

Nazirlər Kabineti Roman Nəsirovun səlahiyyətlərinin icrasını onun müavini Miroslav Prodana həvalə edib.