Azad Suriya Ordusu 13 kəndi YPG-dən aldı - Fotolar + Yenilənib

azad-suriya-ordusu-13-kendi-ypg-den-aldi
Oxunma sayı: 3109

Türkiyə ordusunun Suriyada həyata keçirdiyi “Firat qalxanı” əməliyyatı çərçivəsində dəstəklədiyi müxalif Azad Suriya Ordusu növbəti hədəfi olan Münbic şəhərinə doğru irəliləyir.

Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, bunu bu gün “Reuters” agentliyinə açıqlamasında Azad Suriya Ordusu tərkibində döyüşən Sultan Murad taborunun komandiri polkovnik Əhməd Osman bildirib.

Ə. Osman deyib ki, PKK-nın Suriya qolu olan PYD-nin silahlı qanadı YPG Münbici hələ də tərk etməyib, əksinə, şəhərdə mövqelərini gücləndirməkdədir. Buna görə də Azad Suriya Ordusu Münbicə doğru irəliləyir: “Allahın köməyi ilə bir neçə gün ərzində Münbici alacağıq”.

Qeyd edək ki, bu gün Türkiyə hərbi aviasiyası Amarna və Bir əl-Kusa kəndlərindəki YPG mövqelərinə zərbə endirib. Türkiyənin “Hürriyet” qəzeti isə günün ikinci yarısında Azad Suriya Ordusunun Cerablus şəhərinin cənubunda, Münbic istiqamətində yerləşən Amarna, Bir əl-Kusa və Ayn əl-Bayda kəndlərinin YPG-nin nəzarətindən azad etdiyi barədə məlumat yayıb. Qəzet Azad Suriya Ordusunun döyüşçülərinin bu kəndlərdəki görüntülərini yayıb.

***

Türkiyə ordusunun Suriyada həyata keçirdiyi “Firat qalxanı” əməliyyatı çərçivəsində dəstəklədiyi müxalif Azad Suriya Ordusu daha 13 kəndi terrorçulardan azad edib.

Azərtac-ın məlumatına görə, Cerablus bölgəsində 10, Rai bölgəsində isə 3 kəndi Azad Suriya Ordusu terrorçulardan təmizləyib.

Qeyd edək ki, “Firat qalxanı” adlı əməliyyata avqustun 24-də start verilib.