Avtobus “KamAZ”la toqquşdu - 20 yaralı

avtobus-kamazla-toqqusdu
Oxunma sayı: 2186

Rusiyanın Kamçatka diyarında sərnişin avtobusu ilə “KamAZ”ın toqquşması nəticəsində 20 nəfər xəsarət alıb.

Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hadisə Milovski rayonunda baş verib. Qəza zamanı sənişin avtobusunda 25 nəfər olub. Nəticədə sürücü və dörd sərnişin avtobusda sıxılmış vəziyyətdə qalıb.

Hadisə yerinə polis, təcili tibbi yardım briqadaları və xilasedicilər cəlb edilib.

Polis qəzanın baş vermə səbəblərini araşdırır.