Avstriyada qar uçqunu - Ölənlər var+ Fotolar

avstriyada-qar-ucqunu
Oxunma sayı: 1330

Avstriyanın Tirol bölgəsində baş verən qar uçqunu nəticəsində 2 xizəkçi ölüb.

Qafqazinfo” xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Məlumata görə, ölənlər dağ-xizəkyi üçün nəzərdə tutulmamış yerdə xizək sürüblər. Qrupda beş nəfər olub.

Daha əvvəl qar uçqunu nəticəsində 8 nəfərin qar altında qaldığı bildirilib. Onlardan 4-ü qarın altından təkbaşına çıxmağa nail olsa da, digər 4 nəfər həyatını itirib.

“Reuters” agentliyi bildirir ki, ötən il Alp dağlarında 267 nəfər həlak olub.