Avstraliyanın səhiyyə naziri işdən çıxarıldı - Şəxsi səyahətlər zamanı...

avstraliyanin-sehiyye-naziri-isden-cixarildi
Oxunma sayı: 1800

Avstraliya baş naziri şəxsi səyahət xərclərini dövlət vəsaiti hesabına qarşılayan səhiyyə naziri Sussan Leyi vəzifəsindən uzaqlaşdırıb.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, istintaq müddətində onun səlahiyyətlərini başqası icra edəcək, həmçinin maaş ala bilməyəcək.

Nazir isə cəmi 3 min 125 dollar mənimsədiyini və həmin pulları geri qaytaracağını deyib. Haqqındakı digər ittihamları qəbul etməyən Sussan Ley nazir postuna geri dönəcəyini vurğulayıb.

Qeyd edilir ki, nazir 2013-2015-ci illərdə Gold Coast şəhərinə etdiyi səhayətlərdə dövlətə aid 54 min avstraliya dollarını mənimsəməkdə ittiham olunur. Son 3 ildə həmin şəhərə 20 dəfə gedən nazir orada 800 min dollarlıq ev alıb.