Avropada 16 nəfər şaxtanın qurbanı oldu

avropada-16-nefer-saxtanin-qurbani-oldu
Oxunma sayı: 639

Avropa ölkələrinin əksəriyyətində hökm sürən güclü şaxta səbəbindən ən azı 16 nəfər ölüb.

Qafqazinfo”nun “İnterfaks”a istinadən verdiyi məlumata görə, xüsusilə Polşada 10 nəfər, Çexiyada isə 6 nəfər şaxtanın qurbanı olub.

Serbiyada yerli hakimiyyət orqanları soyuq hava səbəbiylə rayonlarda təcili tədbirlər görür, əhalinin yaşayış məntəqələrindən evakuasiyasını həyata keçirirlər.

Qeyd olunur ki, Türkiyədə qara görə 200-dən çox daxili və xarici aviareyslər ləğv olunub. İstanbul məktəblərində dərslər müvəqqəti olaraq təxirə salınıb.