Avropa Parlamentinin yeni sədri məlum oldu

avropa-parlamentinin-yeni-sedri-melum-oldu
Oxunma sayı: 972

İtaliyalı siyasətçi, Xristian Demokratlar Qrupundan (EPP) namizəd Antonio Tayani Avropa Parlamentinin yeni sədri seçilib.

Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, o, 351 səslə qalib gəlib.

A. Tayaninin rəqibi, Sosial Demokratlar Partiyasından namizəd Canni Pitella isə 282 səs toplayıb.

Nəticə elan olunduqdan sonra çıxış etmək üçün kürsüyə dəvət olunan Tayani qələbəsini ötən il İtaliyada baş verən zəlzələ nəticəsində həlak olan şəxslərə həsr etdiyini söyləyib.

Qeyd edək ki, Avropa Parlamentinin sədrliyinə seçkilər 4 mərhələdə keçirilib. Qaydaya əsasən, 4-cü turda ən çox səs qazanan iki namizəd – A. Tayani və C. Pitella mübarizə aparıb.