Avropa Parlamenti siyasi fəalları mükafatlandırdı

avropa-parlamenti-siyasi-feallari-mukafatlandirdi
Oxunma sayı: 684


Avropa Parlamentinin hüquq müdafiəsi sahəsində təqdim etdiyi Saxarov Mükafatını 2011-ci il üçün Yaxın Şərqdəki inqilablar seriyası olan “Ərəb baharı”nın fəalları alıb. “Qafqazinfo”nun məlumatına görə, “Franse-Presse” agentliyinin yaydığı xəbərdə mükafatlandırılanlardan biri Tunisdə tərəvəz ticarəti ilə məşğul olmuş Məhəmməd Buazizidir. Məhəmməd Buazizi mükafata ölümündən sonra layiq görülüb. Bu gəncin özünü yandırması Tunisdə etirazların katalizatoru olmuşdu.
Laureatların arasında Misirdən siyasi fəal Asmaa Mahfuz, Liviya dissidenti əl-Zubeyr Əhmədi, həmçinin iki suriyalı hüquqşünas Razan Zeytuni və karikaturaçı Əli Fərzad da var.
Mükafatın təşkilat komitəsi bu insanların öz ölkələrində azadlığın və demokratiyanın inkişafında xidmətlərini qeyd edib.
Mükafatın maliyyə dəyəri 50 min avrodur. Bundan başqa, Avropa Parlamenti öz hesabına mükafatlandırma mərasiminə şəxsən gəlməyi arzu edən laureatlar üçün aviabiletlər də göndərir. Mükafatlandırma mərasimi 10 dekabr – Beynəlxalq İnsan Hüquqları günündə olacaq.