Avropa Brexitdən sonra toplanır - İttifaqın taleyi müzakirə olunacaq

avropa-brexitden-sonra-toplanir
Oxunma sayı: 754

Bu gün Brüsseldə Brexitdən sonrakı Avropanın taleyi müzakirə olunacaq.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Aİ ölkələri Böyük Britaniyanın birliyi tərk etməsindən sonra ittifaqının yeni strategiyasını müəyyənləşdirmək üçün sammit keçirəcəklər. Sammit iki gün davam edəcək. Əvvəlcə siyasi liderlərlə baş nazir Devid Kemeron görüşəcək. O, Birləşmiş Krallığın ayrılma planını təqdim edəcək. Daha sonra danışıqlar onun iştirakı olmadan savam etdiriləcək.

Ekspertlər hesab edir ki, Aİ siyasətindən narazı qalan dövlətlərin coğrafiyası böyüməkdə davam edir. Britaniyada keçirilən analoji referendumu artıq Finlandiya və Hollandiya da keçirmək niyyətindədir.