Atatürk hava limanında iki partlayış - 28 ölü, 60 yaralı + Fotolar + Yenilənib

ataturk-hava-limaninda-iki-partlayis-
Oxunma sayı: 18633

İstanbulda Atatürk hava limanında iki dəfə partlayış baş verib.

Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, aeroporta giriş və çıxış bağlanıb.

Partlayışların terror aktları olduğu istisna olunmur.

Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım avtomobilləri cəlb olunub.

Baş nazir Binəli Yıldırım partlayışla bağlı daxili işlər naziri Əfqan Ala və İstanbul valisi Vasip Şahinlə telefon əlaqəsi saxlayaraq böhran qrupunun yaradılması haqda göstəriş verib.

***

Doğan xəbər agentliyinin məlumatına görə, hadisə nəticəsində 1 nəfər həlak olub. Çoxsaylı insan yaralanıb. Xəsarət alanlar Bakırköy dövlət xəstəxanasına yerləşdirilib.

***

CNN telekanalı xəbər verir ki, ədliyyə naziri Bekir Bozdağ 10-a yaxın insanın öldüyünü, təxminən 20 insanın yaralandığını söyləyib.

Nazir bildirib ki, bir terrorçu Kalaşnikovla ətrafa atəş açdıqdan sonra özünü partladıb.

***

Anadolu agentliyinin məlumatına görə, partlayış nəticəsində xəsarət alanların sayı 60-a yüksəlib. Onlardan 6-sının vəziyyəti ağırdır.

***

İstanbul valisi Vasip Şahin üç canlı bomba tərəfindən həyata keçirilən partlayışda 28 nəfərin öldüyünü, 60 nəfərin isə yaralandığını qeyd edib.