“Atamız evdə deyil, qapını aça bilmərik” - İzmir şəhidinin uşaqları

atamiz-evde-deyil-qapini-aca-bilmerik
Oxunma sayı: 1715

Dünən Türkiyənin İzmir şəhərində 3 terrorçu ilə girdiyi silahlı atışmada polis Fethi Sekinin şəhid olması xəbərini ailəsinə çatdıran həmkarları duyğulu anlar yaşayıblar.

Qafqazinfo” türk KİV-nə istinadən xəbər verir ki, şəhidin 16,15 və 8 yaşlı uşaqları əvvəlcə qapını polislərə açmayıblar. Onlar “atamız evdə yoxdur, qapını aça bilmərik” deyə reaksiya veriblər.

Polislər uşaqları atalarının dostu olduqlarına inandırdıqdan sonra evə girə biliblər. Lakin həmkarlarının ölüm xəbərini ancaq şəhidin həyat yoldaşı evə gəldikdən sonra veriblər.