Astana görüşü təxirə salına bilər

astana-gorusu-texire-salina-biler
Oxunma sayı: 1085

Suriya krizisinin həlli üçün yanvarın 23-də keçirilməsi nəzərdə tutulan Astana görüşü təxirə salına bilər.

Qafqazinfo”nun “Ria Novosti”yə istinadən məlumatına görə, buna səbəb kimi yanvarın 12-də Ankarada silahlı qrupların nümayəndələrinin iclasının keçirilməsi göstərilir. Bu barədə Suriya müxalifətindən olan mənbə bildirib.

“Hər kəs Ankarada silahlı qrupların iclasının nəticəsini gözləyir. Astanada danışıqlarda siyasi qüvvələr deyil, yalnız silahlı birliklər iştirak edəcəklər”, - deyə mənbə vurğulayıb.