“AST Telman”ın müflisləşmə proseduru başladı - Məhkəmə qərarı

ast-telmanin-muflislesme-proseduru-basladi
Oxunma sayı: 3438

Moskva dairə Arbitraj Məhkəməsi VTB qrupuna daxil edilən "BM-Bank"ın (keçmiş Bank Moskva) Çerkizovo bazarının keçmiş sahibi, AST qrupunun təsisçisi, iş adamı Telman İsmayılovun müflis olduğuna dair ərizəni etibarlı hesab edib və ona qarşı müflisləşmə prosedurunu başlayaraq borc restrukturizasiyasını təsdiqləyib.

Qafqazinfo”nun “Ria.ru”ya istinadən verdiyi məlumata görə, məhkəmə İsmayılovun kreditorlarının şikayətinə uyğun olaraq bank qarşısında 17, 7 milyard rubl tələb edib.

Qeyd edək ki, restrukturizasiya planının təsdiq edilməsi ilə bağlı iclas dekabrın 15-nə təyin olunub.

Xatırladaq ki, Moskva vilayətinin Arbitraj Məhkəməsi ötən ilin dekabrında vətəndaş Boris Zubkovun ərizəsi əsasında İsmayıloviu müflis elan etmiş və onun əmlakının satışı proseduruna başlamışdı. Lakin 2016-cı ilin mart ayında Doqquzuncu Arbitraj Apellyasiya Məhkəməsi həmin qərarı ləğv etmişdi. Məhkəmə Zubkovun İsmayılova 15 milyon rubl pul verməsi iddiasını sübuta yetirilməmiş hesab etmiş və müvafiq olaraq, müflis elan olunma tələbinə gətirib çıxaran borclanma hadisəsinin baş vermədiyi qərarına gəlmişdi.