Argentinada torpaq sürüşməsi olub - 2 ölü

argentinada-torpaq-surusmesi-olub
Oxunma sayı: 674

Argentinanın Jujey vilayətində torpaq sürüşməsi nəticəsində iki nəfər həlak olub.

Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə vilayətin təhlükəsizlik naziri Ekel Meyer bildirib.

Onun sözlərinə görə, torpaq sürüşməsinə güclü yağışlar səbəb olub.

Artıq sürüşmə təhlükəsi olan ərazilərdən mindən çox insan təxliyyə olunub.