Argentinada təyyarə qəzası - 5 ölü

argentinada-teyyare-qezasi
Oxunma sayı: 694

Argentinanın Buenos-Ayres əyalətinin Markos Pas şəhərində kiçik mühərrikli təyyarə qəzaya uğrayıb.

Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə  Clarin portalı məlumat yayıb.

Qəza baş verən zaman "Cessna 210" təyyarəsinin göyərtəsində 5 nəfər olub. Təyyarə yerə çırpıldıqdan sonra yanmağa başlayıb. Nəticədə təyyarənin göyərtəsindəki 5 nəfər həlak olub.

Faktla bağlı araşdırma aparılır.