Anqolada stadionda izdiham - Ölən və yaralananlar var+Video

anqolada-stadionda-izdiham
Oxunma sayı: 1323

Anqolanın Uiqe şəhərində futbol oyunu zamanı stadionda izdiham yaşanıb.

Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Hadisə nəticəsində 76 nəfər isə xəsarət alıb. Onlardan 17 nəfər isə dünyasını dəyişib.

İzdihama səbəb oyun keçirilən stadiona kütləvi şəkildə azarkeşlərin daxil olmaq istəməsi olub. Nəticədə izdihamda bir-birilərini itələyən insanlar havasızlıqdan boğulub, digərləri isə bir-birilərinin üzərinə çıxaraq ərazini tərk etməyə çalışıb.