“Andiçməyə gəlməyənlər biletləri qaytarsınlar” - Tramp

andicmeye-gelmeyenler-biletleri-qaytarsinlar
Oxunma sayı: 2037

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp onun innaqurasiyasını boykot etmək niyyətində olanlara müraciət edib.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Tramp həmin şəxsləri biletlərini qaytarmağa səsləyib:

“Andiçməyə gəlməyəcək insanlara gəlincə, hər şey normaldır, çünki biletlər bizə çox lazımdır. Ümid edirəm ki, onlar biletlərini geri qaytaracaqlar”.

Qeyd edək ki, daha əvvəl ABŞ Demokratlar partiyasından olan nümayəndələr partiyasının 30 üzvü yanvarın 20-nə planlaşdırılan innaqurasiyanı boykot etmək niyyətində olduqlarını bəyan etmişdilər.