Ana 3 uşağını göldə boğduğunu etiraf edib - Avstraliyada

ana-3-usagini-golde-bogdugunu-etiraf-edib
Oxunma sayı: 1312

Ana 3 uşağını maşınla cənubi Avstraliyadakı gölə salaraq öldürdüyünü etiraf edib.

Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, 37 yaşlı Akon Guode 1 yaşlı oğlu Bolu və dörd yaşında olan əkizlər Hanger və Maditi 2015-ci ildə Melbourne şəhərinin cənub-qərbində qətlə yetirib.

Onun uşaqlarından 6 yaşlı Alual da maşında olub, lakin hadisədən sağ çıxıb.

Victoria Ali Məhkəməsinin dinləməsində ana uşaq qətlində və qətlə qəsddə ittiham edilib.

Avstraliyaya 2008-ci ildə Cənubi Sudandan gəlmiş qadın məhkəmədə öz etiraflarını tərcüməçi vasitəsilə ifadə edib.

Üç uşağın atası Joseph Manyang deyib ki, Guode ona qəzadan əvvəl başının gicəlləndiyini söyləyib.

O Guode-ni “uşaqlarını sevən bir ana” kimi təqdim edib. O deyib ki, ana uşaqlarını bilərəkdən öldürə bilməzdi.

Lakin əsas şahidlərdən biri polisə yazdığı ifadədə bildirib ki, Guode faciənin baş verdiyi gün uşaqlarını öldürəcəyini deyirdi.

Yaxınlıqdan keçən bir nəfər və xilasedicilər avtomobil Wyndham Vale-dəki Gladman gölünə düşdükdən sonra onun içindəki uşaqları xilas etməyə cəhd göstəriblər.

Xilasedicilərə şahidlərdən biri tərəfində edilmiş həyəcanlı telefon çağırışı da məhkəmədə səsləndirilib.

“Mən gördüm ki, maşını bilərəkdən gölün içinə sürdülər. Hər halda belə görünürdü” - deyib Alexandra Colson-Ing “The Age” qəzetinə.

Hadisə yerinə yaxınlaşanda şahid qadın görüb ki, uşaqlar suyun səthindədirlər. Onlar üzə bilmirdilər.

Guode və qızı Alual xilas ediliblər.

Guode yanvarın 31-də keçiriləcək növbəti dinləməyədək həbsxanada saxlanacaq.