Amerikalı hərbçi Obamanı məhkəməyə verdi

amerikali-herbci-obamani-mehkemeye-verdi
Oxunma sayı: 797

Amerikalı hərbçi ABŞ prezidenti Barak Obamanı məhkəməyə verib.

Qafqazinfo” xəbər verir ki, bu barədə “New York Times” məlumat yayıb. Məlumatda qeyd edilir ki, ABŞ ordusunun zabiti 28 yaşlı Natan Maykl Smit Barak Obamanı İŞİD terror qruplaşmasına qarşı başlatdığı hərbi kampaniyaya görə məhkəməyə verib. Küveytdə qulluq edən Smit bildirib ki, islamçılara qarşı mübarizəni dəstəkləyir, lakin, hərbi əməliyyatların keçirilməsi üçün konqresdən zəruri icazənin alınmaması onu narahat edir.

Aysel Kərimova