Altı cənazə Moskvadan Qırğızıstana gətirilib

alti-cenaze-moskvadan-qirgizistana-getirilib
Oxunma sayı: 1394

Yanvarın 30-dan 31-nə keçən gecə Moskvada tikiş sexində baş verən yanğın nəticəsində həlak olan səkkiz Qırğızıstan vətəndaşının altısının cənazəsi məhkəmə-tibbi ekspertiza keçirildikdən sonra ölkəyə gətirilib.

“Qafqazinfo” AzərTAC-a istinadən xəbər verir ki, Qırğızıstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, ümumilikdə tikiş sexində 12 nəfər həlak olub. Ölənlər arasında iki bacı, iki qardaş, bir qadın və onun dörd yaşlı uşağı da var. Onların hamısı Qırğızıstanın Batken vilayətinin sakinləridir.

Qeyd edilir ki, həlak olan digər miqrantların cənazələri yaxın vaxtlarda ölkəyə gətiriləcək.