Almaniyada terror həyəcanı - Foto

almaniyada-terror-heyecani
Oxunma sayı: 1381

Almaniyanın Essen şəhərində terror həyəcanı yaşanıb.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələri ola biləcək terror hücumu ilə əlaqədar “Limbecker Platz” alış-veriş mərkəzini bağlayıb. Yüzlələr polis ticarət mərəzində keçirilən əməliyyatda iştirak edib.

Bundan əlavə polis ticarət mərkəzindən 12 km uzaqlıqdakı Oberhausendə yerləşən bəzi evlərdə də axtarış aparıb.

Hadisə ilə ətraflı məlumat verilməyib.