Almaniyada qaçqın düşərgəsində yanğın - 30 yaralı

almaniyada-qacqin-dusergesinde-yangin
Oxunma sayı: 644

Almaniyanın qərbində qaçqınların düşərgəsində güclü yanğın baş verib.

Qafqazinfo” “Associated Press”ə istinadən xəbər verir ki, hadisə nəticəsində 30 nəfər xəsarət alıb.

Polisin ilkin məlumatlarına görə, ağır yaralananlar xəstəxanaya yerləşdiriliblər.

Qeyd olunur ki, düşərgə köhnə hərbi obyektlərdən birində yerləşirmiş, burada hazırda 500 nəfər yaşayır.