Almaniyanın Haydelberq şəhərində bıçaqla silahlanmış sürücü avtomobili piyadaların üzərində sürüb.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “N24” kanalı məlumat yayıb.
İnsident zamanı 3 nəfər yaralanıb. Hadisəni törədən sürücü qaçmaq istəyərkən polisin açdığı atəş nəticəsində yaralanıb. Hazırda cinayətkar və daha bir yaralının vəziyyəti ağır olaraq qalır.