Almaniyada müsəlmanlara qarşı zorakılıq artır

almaniyada-muselmanlara-qarsi-zorakiliq-artir
Oxunma sayı: 1090

Almaniyada məscid və müsəlman cəmiyyətlərinə qarşı hücumlar getdikcə artıb.

Qafqazinfo” xəbər verir ki, bu barədə “Sueddeutsche Zeitung” qəzeti yazıb.

Hesabatda hücumların Almaniyanın qərbində daha çox olduğu qeyd edilib. Təkcə 2016-cı ilin ikinci yarısında 14 insident baş verib.

Sentyabrın 26-da Drezdendəki məscidin qarşısındakı partlayışdan başqa il ərzində rezonans doğuran daha iki hadisə qeydə alınıb. Fevral ayında Leypziqdə məscidin qarşısına donuz cəsədinin atılması halı baş verib. Eyni ayda Noynkirxendə isə məscidin həyətinə “molotov kokteyli” atılıb.

Polisin verdiyi məlumata görə, müsəlmanlara qarşı zorakılıq hallarınını sayında da artım var. Belə ki, 2010-cu ildə 23, 2014-cü ildə 64, 2015-ci ildə isə 75 zorakılıq halı qeydə alınıb. Hücumlar əsasən Leypziq, Köln, Berlin və Hamburqda baş verib.

Qeyd edək ki, ilin əvvəlində “Almaniya üçün alternativ” partiyasının qatı sağçı üzvləri ölkədəki məscidlərin bağlanmasını təklif etmişdi.