Almaniyada 200-dən çox aviareys təxirə salındı

almaniyada-200-den-cox-aviareys-texire-salindi
Oxunma sayı: 672

Almaniyanın “Tegel” və “Şonofeld” hava limanlarında öncədən məlumatlandırılmış tətilə görə 200-dən çox reys təxirə salınıb.

Qafqazinfo”nun “Dp.ru”ya istinadən verdiyi xəbərə görə, “Tegel”də ümumilikdə 156, “Şonofeld”də isə 54 reys ləğv olunub. Bundan əlavə, 12 reys Bremen, Leypsiq və Drezdenə yönləndirilib.

Qeyd edək ki, Berlində ötən həftə də Almaniya Həmkarlar İttifaqının təşkilatçılığı ilə baş tutan tətil nəticəsində 130 aviareys təxirə salınıb. Tətilçilər əmək haqqlarının artırılmasını və karyeralarında perspektiv tələb edirlər. Hazırda onlar hər 1 saata görə 11 avro qazanırlar.