Almaniya Çavuşoğlunun toplantısını 2-ci dəfə ləğv etdi

almaniya-cavusoglunun-toplantisini-2-ci-defe-legv-etdi
Oxunma sayı: 995

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun Almaniyada planlaşdırılan ikinci toplantısı da ləğv edilib.

Qafqazinfo” xəbər verir ki, Türkiyə KİV-ləri Almaniyanın bu addımı türk nazirlərin referendumla bağlı çıxışlarını əngəlləmək üçün atdığını yazır.

Xatırladaq ki, Çavuşoğlunun bu gün Hamburqun Vilhelmsburq prospektində planlaşdırılan toplantısı yanğın təhlükəsizliyinin çatışmazlığı və havalandırma sisteminin işləmədiyi əsas göstərilərək təxirə salınıb.

Qeyd edək ki, Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ, iqtisadiyyat naziri Nihat Zeybəkçi və eks-enerji və təbii qaynaqlar naziri Taner Yıldızın da Almaniyadakı toplantıları ləğv olunub.