Aktyor təyyarə qəzasından son anda xilas oldu

aktyor-teyyare-qezasindan-son-anda-xilas-oldu
Oxunma sayı: 1454

Aktyor Harrison Fordun idarə etdiyi yüngül mühərrikli təyyarə "American Airlines" sərnişin gəmisi ilə toqquşmaqdan son anda qaça bilib.

Qafqazinfo” xəbər verir ki, bu barədə “NBC” məlumat yayıb.

İnsident bazar ertəsi baş verib. Dispetçer aktyordan təyyarəni eniş zolağına endirməsini istəyib. Ford isə səhvən göyərtəsində 110 sərnişin və 6 ekipaj olan təyyarənin üzərindən keçərək qəza vəziyyəti yaradıb.

Qeyd edək ki, aktyor 2015-ci ilin martında yüngül mühərrikli təyyarəsi ilə qolf meydanına düşmüşdü. Hadisə nəticəsində Harrison Ford başından zədə almışdı.