AKP-nin fövqəladə qurultayı - Davudoğlu namizəd olmayacaq

akp-nin-fovqelade-qurultayi
Oxunma sayı: 3817

Prezident Rəcəb Tayyib Ərdoğanla baş nazir Əhməd Davudoğlu arasında Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) gələcəyi ilə bağlı təkbətək görüşü olub.

Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən məlumatına görə, prezidentin iqamətgahında 1 saat 40 dəqiqə davam edən görüşdə may ayının sonlarında AKP-nin fövqəladə qurultayının keçirilməsi ilə bağlı qərar verilib. Qurultayın dəqiq tarixi mayın 5-də Mərkəzi İcra Heyətinin (MİH) iclasından sonra açıqlanacaq.

Qeyd olunur ki, Ə. Davudoğlu konqresdə namizədliyini irəli sürməyəcək. O, MİH-in iclasından sonra mətbuat konfransı keçirəcək.