AKP-də Davudoğlunun iştirakıyla toplantı - İstefasını açıqlaya bilər...

akp-de-davudoglunun-istirakiyla-toplanti
Oxunma sayı: 3227

Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri vəzifəsindən çıxarılan Türkiyə baş naziri Əhməd Davudoğlunun bu dəqiqələrdə AK partiyasında çıxışı gözlənilir.

Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, Davudoğlunun AK partiyası MYK toplantısından sonra istefa verəcəyi gözlənilir.

AK partiyasının fövqəladə iclasının tarixinin də bugünki görüşdə açıqlanacağı gözlənilir. Hazırda AK Baş Ofisində toplaşan MYK üzvləri baş nazirin gəlişini gözləyir. 

***

Davudoğlu bir saatlıq gecikmə ilə toplantıya qatılıb. 

***

AK toplantısı başa çatıb. Partiyanın növbədənkənar iclası isə mayın 22-ə təyin edildi.