Ağ Evin sahibi ailəsi ilə Floridaya yollandı - Fotolar

ag-evin-sahibi-ailesi-ile-floridaya-yollandi
Oxunma sayı: 2590

ABŞ prezidenti Donald Tramp Yaponiya baş naziri Sindoz Abe ilə Ağ Evdə görüşdən sonra Florida ştatına yollanıb.

Qafqazinfo”nun “Spletnik.ru”ya istinadən verdiyi məlumata görə, siyasətçi Floridaya xanımı Melaniya Tramp, qızı İvanka, kürəkəni Cared Kuşner və nəvələri, Sindzo Abe isə xanımı Akie Abe ilə gedib.

Tramp və Abe ailəsi həftəsonunu Mar-a-Laqoda ABŞ prezidentinə məxsus malikanədə keçirəcəklər.

Liderlər siyasi məsələlərin müzakirəsi ilə birgə qolf da oynayacaqlar.