Ağ Evdə şam yeməyi - Prezidentin qızı 5 minlik libas geyindi + Fotolar

ag-evde-sam-yemeyi
Oxunma sayı: 3609

ABŞ prezidenti Donald Tramp Ağ Evdə ştatların qubernatorlarının şərəfinə ənənəvi şam yeməyi təşkil edib.

Qafqazinfo”nun “Spletnik.ru”ya istinadən verdiyi məlumata görə, bu, Trampın prezidentlik karyerası tarixində keçirilən ilk belə mərasimidir.

“Mən eşitdim ki, bu gün burada 46 qubernator iştirak edir. Bu, rekord göstəricidir”, - deyə Amerika lideri vurğulayıb.

Gecəyə birinci xanım Melaniya Tramp, prezidentin qızı İvanka Tramp və onun həyat yoldaşı, dövlət başçısının köməkçisi Cared Kuşner qatılıb.

Qeyd olunur ki, İ. Tramp “J. Mendel” imzalı, 5 min dollar dəyərində libas geyinib.