Adanada sakinlər və qaçqınlar arasında kütləvi dava - Yaralananlar var

adanada-sakinler-ve-qacqinlar-arasinda-kutlevi-dava
Oxunma sayı: 971

Türkiyənin Adana şəhərində yerli sakinlər və suriyalı qaçqınlar arasında kütləvi dava baş verib.

Qafqazinfo” xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.Tərəflər arasında baş verən dava zamanı üçü qaçqın olmaqla dörd nəfər yaralanıb. İnsident nəticəsində bəzi çadırla yandırılıb, maşınlara ziyan vurulub.

Əraziyə çoxlu sayda polis göndərilib.

Polis hadisənin baş vermə səbəblərini araşdırır.