ABŞ və Meksika sərhədində çəkiləcək divarın qiyməti - 21 milyard

abs-ve-meksika-serhedinde-cekilecek-divarin-qiymeti
Oxunma sayı: 1126

ABŞ prezidenti Donald Trampın Meksika ilə sərhəddə inşa etmək niyyətində olduğu divarın qiyməti məlum olub.

Qafqazinfo” “Reutersə” istinadən xəbər verir ki, sözügedən divar 21,6 milyard dollara başa gələcək.

Bu barədə Daxili Təhlükəsizlik Nazirliyinin hesabatında bildirib.

Uzunluğu 2 min kilometr olacaq divarın tikintisi 2020-ci ilin sonunda başa çatdırılması planlaşdırılır.

Tramp divarın tikilməsi ilə Meksikadan ABŞ-a qeyri-leqal miqrantların daxil olmasının qarşısını almağı düşünür.