ABŞ və İordaniya Astana görüşünə dəvət olundu

abs-ve-iordaniya-astana-gorusune-devet-olundu
Oxunma sayı: 880

Fevralın 15-16-da Qazaxıstanın paytaxtı Astanada Suriyaya dair keçiriləcək görüşə daha iki ölkənin nümayəndələri dəvət olunub.

“Qafqazinfo” xəbər verir ki, Qazaxıstan XİN-nin rəsmi saytında yerləşdirilən məlumata görə, ABŞ və İordaniyanın da təmsilçiləri görüşdə iştirak edəcəklər.

Görüşdə Suriyada hərbi əməliyyatların dayandırılması və sülhün təmin olunması məsələləri müzakirə olunacaq.

Qeyd edək ki, danışıqlarda Suriya hökuməti və müxalifəti, Rusiya, Türkiyə, İran, ABŞ, BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura iştirak edəcək.