ABŞ ukraynalı siyasətçinin vizasını ləğv etdi

abs-ukraynali-siyasetcinin-vizasini-legv-etdi
Oxunma sayı: 939

ABŞ hökuməti Ukrayna Radikal partiyasının lideri Oleq Lyaşkonun 10 illik vizasını ləğv edib.

Qafqazinfo”nun məlumatına görə, bu barədə siyasətçi Feysbuk hesabında yazıb.

Lyaşkonun sözlərinə görə, viza ona Yeni ildən öncə verilib: “Mən bu görünməmiş qərarı bizim ABŞ-dan Budapeşt memorandumuna əsasən, Ukrayna qarşısında öhdəliklərini yerinə yetirməyə çağırmağımızla əlaqələndirirəm. Bildirmişdik ki, əgər Amerika öhdəliyə əməl etməsə, Ukrayna özünü müdafiə etmək üçün nüvə silahını bərpa etməli olacaq”, - deyə o, qeyd edib.