ABŞ Türkiyənin keçirdiyi əməliyyata reaksiya verdi

abs-turkiyenin-kecirdiyi-emeliyyata-reaksiya-verdi
Oxunma sayı: 2311

ABŞ Türkiyənin Cerablusda keçirdiyi hərbi əməliyyata münasibət bildirib.

Qafqazinfo” xəbər verir ki, ABŞ Xarici işlər nazirliyinin sözçüsü Mark Toner gündəlik mətbuat konfransında Türkiyənin YPG və İŞİD hədəflərini bombardman etməsindən danışıb. O, bildirib ki, ABŞ türk və Suriya səlahiyyətliləri ilə daimi əlaqədədir. Toner “Bu məsələdə türk rəsmiləri ilə yanaşı, Suriya hərbi nümayəndələri ilə də əlaqədəyik. Gərginliyin artmamasına çalışırıq. Hər iki tərəfə xatırlatmaq istəyirəm ki, ortaq düşmən İŞİD-dir və ona qarşı vuruşmaq lazımdır”- deyə açıqlama verib.

Aysel Kərimova