ABŞ prezidentinin məsləhətçisi istefa verdi

abs-prezidentinin-meslehetcisi-istefa-verdi
Oxunma sayı: 962

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə məsləhətçisi Maykl Flinn postunu tərk edib. “Qafqazinfo” xəbər verir ki, CNN onun istefasının Rusiya ilə əlaqələrinə görə olmasını istisna etmir.

Flinn istefa ərizəsində bildirib ki, Rusiyanın Vaşinqtondakı səfiri Sergey Kislyakomla əlaqələri barədə bilməyərəkdən tam məlumat verməyib.

Ötən həftə Washington Post qəzeti Flinnin ötən ilin dekabrında rus səfirlə antirusiya sanksiyalarını müzakirə etmək üçün görüşdüyünü yazmışdı.

Qeyd edək ki, Flinn Türkiyə üçün önəmli isimlərdən biri idi. Belə ki, o, FETÖ lideri Fətulla Gülənin Türkiyəyə ekstradisiyasını dəstəkləmişdi.