ABŞ polisi bu şəxsi axtarır - Foto

abs-polisi-bu-sexsi-axtarir
Oxunma sayı: 1697

ABŞ-ın Oklahoma ştatında silahlı insident törədilib.

Qafqazinfo”nun “Hurriyet”ə istinadən verdiyi məlumata görə, Maykl Vans adlı silahlı şəxs Oklahoma-Siti şəhərində yoldan keçən insanlara atəş açıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 2-si polis olmaqla 4 nəfər yaralanıb.

Onun bir müddət öncə həbsxanadan çıxdığı bildirilir.

Hazırda ABŞ polisi həmin şəxsi axtarır.