ABŞ-la Cənubi Koreya birgə təlimə başladı - Rusiyadan ilk etiraz

abs-la-cenubi-koreya-birge-telime-basladi
Oxunma sayı: 1584

Moskva ABŞ və Cənubi Koreyanın keçirdiyi hərbi təlimlərlə bağlı narahatlığını ifadə edib.

Qafqazinfo” xəbər verir ki, Rusiya XİN rəsmisi Mariya Zaxarova bildirib ki, bu təlimlər onsuz da son dərəcə təhlükəli olan Koreya yarımadasındakı situasiyanı daha da çətinləşdirə bilər:

“Bu günlərdə başlayan Amerika-Cənubi Koreyanın birgə irimiqyaslı təlimləri bizdə ciddi narahatlıq yaradır. Təlimlərin keçirilməsi artıq Şimali Koreyada kifayət qədər kəskin mənfi reaksiyaya səbəb olub. Biz ehtiyat edirik ki, Koreya yarımadasında mürəkkəbləşən gərginlik fonunda bu təlimlər bütün situasiyanı əsl yanğına çevirəcək qığılcım üçün səbəb ola bilər”.

Xatırladaq ki, ABŞ və Cənubi Koreya bu həftənin əvvəli irimiqyaslı təlimlərə başlayıb. Koreya yarımadasında baş verəcək hər hansı fövqəladə vəziyyət zamanı Şimali Koreyanın nüvə və raket obyektlərinə zərbə vurmaq nəzərdə tutulub.