ABŞ İranda nümayəndəlik açır

abs-iranda-numayendelik-acir
Oxunma sayı: 640

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ dövlət katibi Hillari Klinton açıqlama verib. Klinton hesab edir ki, İran hökuməti vətəndaşların “ümumdünya hörümçək toruna” girişini məhdudlaşdırmaq istəyir və bunun üçün onların qarşısına “elektron” sədd çəkir.
Dövlət katibi iranlıların internetə girə bilmələri və müasir telekommunikasiyalardan istifadə edə bilmələri üçün amerikalı mütəxəssislərin bütün səylərini birləşdirdiklərini deyib. Bura eyni zamanda, ABŞ-ın Tehranda öz virtual səfirliyini yaratmaq planı da daxildir.

Səidə