ABŞ iPhone-a bənzəyən tapança buraxır - Avropadan xəbərdarlıq

abs-iphone-a-benzeyen-tapanca-buraxir
Oxunma sayı: 1457

Avropalı hüquq-mühafizə orqanları tezliklə ABŞ-da satışa çıxarılacaq iPhone smartfonlarına bənzəyən tapançalarla bağlı xəbərdarlıq yayıb.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, polislərə “tapança-telefonlar”ın Avropa ölkələri ərazisinə qanunsuz olaraq gətirilməsinin qarşısını almaq üçün tapşırıq verilib.

İkilüləli 9 kalibrili, Amerikanın "Ideal Conceal” şirkətinin istehsalı olan tapançanın dəyəri 400 dollardır.

Amerikalı alıcılar isə yaxın həftələrdə silahı əldə edə biləcəklər. Hazırda 12 min tapança istehsal olunub.