ABŞ-ın vitse-prezidenti Türkiyədə səfərdədir

abs-in-vitse-prezidenti-turkiyede-seferdedir
Oxunma sayı: 629

ABŞ-ın vitse-prezidenti Co Bayden Türkiyədə səfərdədir.

Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, Bayden Böyük Millət Məclisi sədri İsmail Kahraman ilə qapalı görüşdən sonra 15 iyul çevriliş gecəsi bombalanan parlamenti gəzəcək.

Daha sonra vitse-prezident baş nazir Binəli Yıldırım ilə Çankaya sarayında təkbətək görüşəcək. Son olaraq isə dövlət başçısı Ərdoğan Baydeni prezident sarayında qəbul edəcək.

Baydenin gündəmindəki əsas mövzu isə Fətulla Gülənin Türkiyəyə ekstradisiyası və Suriya ilə bağlı olacaq.