ABŞ-ın Rusiyadakı səfirinə istefası ilə bağlı təlimat verilməyib

abs-in-rusiyadaki-sefirine-istefasi-ile-bagli-telimat-verilmeyib
Oxunma sayı: 644

ABŞ-ın Rusiyadakı səfiri Con Tefft Donald Trampın inaqurasiyasından sonra ölkəni tərk etməsi ilə bağlı rəsmi Vaşinqtondan hələ təlimat almayıb.

Qafqazinfo”nun “İnterfaks”a istinadən məlumatına görə, bu barədə Amerikanın Rusiyadakı səfirliyinin rəsmi nümayəndəsi Mariya Olson bildirib.

“Obama administrasiyası tərəfindən təyin olunmuş bütün siyasi təyinatlara dekabrın 7-nə qədər istefa ərizəsi yazmaqlarına dair təlimat verilib və bu, yanvarın 20-də qüvvəyə minəcək. Müvafiq təlimat diplomatik xidmət orqanlarının əməkdaşlarına şamil olunmayıb. Ümumiyyətlə, bütün səfirlər prezidentlərin istəklərinə uyğun öz vəzifələrini icra edirlər”, - deyə Olson vurğulayıb.